A-Z Kinder
Məktəbəqədər
təhsil xidməti
XİDMƏT
ŞƏRTLƏRİ
Son düzəliş tarixi: 18 Yanvar 2020
1.
AZKİNDER məktəbəqədər
təhsil xidməti-nə xoş gəlmisiniz.
1.1. Azkinder (“Azkinder”, “biz”, “bizim” və “bizlərə” deyə müraciət olunacaq) sizi uşaqlarınıza təhsil və əyləncə xarakterli videolardan, oyunlardan və digər tətbiqlərdən yararlanma imkanı verən və onların inkişafını və bu vasitələrdən istifadəsini izləməyənizə şərait yaradan xidmətlərlə təmin edir, hansı ki, bu xidmətlərin istifadəsi “Azkinder” MMC -yə məxsus olan və çalışdırılan mobil tətbiqlərimiz (tətbiqlər, saytla birlikdə “xidmətlər”) və vebsaytımız www.azkinder.com (sayt) vasitəsiylə mümkün edilmişdir.
1.2. Bu sənəd sizin xidmətlərdən istifadə zamanı bizimlə əlaqələrinizin idarə edilməsi şərtlərini və qaydalarını açıqlayır.
1.3. Xidmətlərdən istifadə etmədən öncə sizin bu xidmətlərdən istifadə zamanı tətbiq olunacaq şərtləri oxumağınız və başa düşməyiniz vacibdir.
1.4. Xidmətlərin yüklənməsi, qoşulması və istifadəsinə başlamaqla və ya xidmət şərtləri ilə raşılaşmanızın qəbul edilməsini işarələdiyiniz zaman: (a) xidmətlərə qoşulduğunuz əraziyə əsaslanaraq xitmət şərtlərinə riayət etmək; və (b) məxfilik siyasətimizdə qeyd edilmiyi kimi sizin haqqınızda məlumatların toplanması və istifadəsinə, hansı ki, xidmət istifadəçisi olaraq qeydiyyatdan keçməniyinizdən asılı olmayaraq bu xidmət şərtlərinə əsaslanaraq tətbiq olunacaq; oxuduğunuzu, anladığınızı və razılaşdığınızı təsdiq etmiş olursunuz.
1.5. Xidmətlərimizdən istifadəniz zamanı tətbiq
olunacaq xidmət şərtlərini diqqətlə oxumağınızı
və anladığınızdan əmin
olmağınızı xahiş edirik. Əgər bizim xidmətlərdən
istifadəniz zamanı tətbiq edəcəyimiz xidmət
şərtləri ilə razılaşmayırsınızsa,
xidmətlərdən istifadə etmək üçün icazəniz
olmayacaq.
1.6. Bu şərtlərin
daxilində, siz xidmətlərin Yetkin istifadəçilərinə
(aşağıda qeyd edildiyi kimi) və hesab
alıcıları kateqoriyasına aid edilirsiniz. Yetkin istifadəçilər yaşadığı
ölkədə müqavilə bağlanmasında tərəf
olaraq çıxış edə biləcək qanunla müəyyən
olunmuş Yetkinlik yaşına çatmış şəxsdir;
abunəlik almaqla, qeydiyyatdan keçməklə və ya xidmətlərdən
istifadə etməklə siz Yetkin olduğunuza və istifadə
imkanı verdiyiniz hər bir uşağın
xidmətlərin istifadəsi və qoşulma zamanı bu
şərtlərə uyğun şəkildə davranacağına
zəmanət vermiş olursunuz.
2.
Bizim haqqımızda məlumat
2.1. Bu
xidmət Azkinder MMC tərəfindən göstərilir.
Azkinder MMC ABŞ-da
aşağıdakı ünvanda qeydiyyatdan keçib:
Registered Agents Inc.
30 N Gould St Ste R
Sheridan, WY 82801
3.
Sizin haqqınızda məlumat
3.1. Siz və xüsusilə sizin
uşağınızın məxfliyı bizim
üçün vacibdir. Siz və uşağınız
haqqında məlumatları hansı şəkildə
alacağımzı, istifadə edəcəyimizi və
paylaşacağımızı anlamağınız
üçün bizim məxfilik siyasətimizi
oxumalısınız.
4.
Xidmətlərin təsviri
4.1. “Azkinder” MMC sizi uşağlarınıza
təhsil və əyləncə xarakterli videolardan, oyunlardan və
digər tətbiqlərdən yararlanma imkanı verən və
onların inkişafını və bu vasitələrdən
istifadəsini izləməyənizə şərait yaradan
xidmətlərlə təmin edir.
5.
Hesablar, Şifrələr və Ödənişlər
5.1. Hesab tipləri. Hal – hazırda
xidmətlər əsasında təqdim etdiyimiz istifadəçi
və digər hesablara Ailə hesabları aiddir. Xidmətlərdən
yararlanan tərəflərə uşaq istifadəçilər
(13 yaşdan aşağı yaş qrupuna daxil olan və xidmətlərin
uşaqlar üçün nəzərdə tutulmuş öyrənmə
proqramlarını istifadə edən uşaqlar və
şagirdlər ) və Yetkin istifadəçilər(valideyinlər
və qanuni şəkildə qəyyumluğu olan istifadəçilər)
daxildir.
5.1.1.
Ailə hesabları. Ailə hesabının
çoxsaylı istifadəçisi ola bilir, hansı ki,
özündə Yetkin istifadəçiləri və Yetkin
istifadəçilərin bu hesaba əlavə etdiyi
çoxsaylı uşaq istifadəçilərni birləşdirir.
5.1.2.
Şifrələr və hesab əlaqəsi. Hər bir hesabın onu
yaratmış olan bir Yetkin istifadəçisi var, hansı ki,
ən azı 18 yaşında olmalıdır. Sizin şifrənizin
və hesab üzrə məlumatların məxfiliyinə
görə cavabdehliyi siz daşıyırsınız. Siz (a)
özünüz və ya istifadə imkanı verəcəyiniz
hər hansi fərd haqqında tamamlanmış və dəqiq
qeydiyyat məlumatlarını təmin edəcəyiniz və
bu məlumatı yenilənmiş formada
saxlayacağınızla; (b) sizin hesabınız vasitəsiylə
həyata keçən bütün fəaliyyətə
görə şəxsən məsuliyyət
daşımanızla; (c) bizi hesabdan hər hansı icazəsiz
istifadə haqqında dərhal məlumatlandıracağınızla;
(d) hesabın və şifrənin
hər hansı bir icazəsiz istifadəsinə məruz qalma nəticəsində
baş verə biləcək itkilərə görə
heç bir məsuliyyət damışamağımızla; və
(e) öz hesabınızı və ya hesaba dair
hüquqlarınızı satmayacağınız, ötürməyəcəyiniz və
ya kiməsə həvalə etməyəcəyinizlə razılaşırsınız.
Biz yaş həddi uyğun olmayan istifadəçi tərəfindən
hesabın yaradıldığını müəyyənləşdirdiyimiz
zaman istifadəçi statusunun təsdiqlənməsini tələb
edə və ya yaş həddi uyğun olmayan istifadəçinin
məlumatı olmadan birbaşa şəkildə hesabı
bağlaya bilərik.
5.1.3.
Hesab üzrə ödənişlər. Müəyyən
növ hesablar üçün, biz ödəniş tələb
edə bilərik (hesabın açılması, abunəlik
ödənişi). Mövcud abunəçilər
üçün, əvvəlcədən məlumatı
elektron poçt ünvanı vasitəsiylə bildirməklə
abunəçilik müddətinizin sonunda öz mülahizəmizlə
uyğun olaraq, sizin ödəniş məbləğini dəyişə
bilərik. Bütün ödənişlər bu ödənişlərin
yerinə yetirilməsi uyğun olan zamanda ödəniş
şərtlərinə uyğun formada həyata keçirilə
bilər. Biz xüsusi aşağı ödəniş məbləğləri
ilə sınaq müddəti şəklində tanıtım
məqsədli abunəliklər təklif edə bilərik. Sizin
sınaq müddətli abunəlik üçün müraciətiniz
zamanı, bu xidmətlərdən tam şəkildə istifadəniz
sınaq müddətini abunəçilik şərtlərinə
əsasən məhdudlaşdırıla və dayandırıla
və ya sizin sınama müddəti ilə bağlı
razılaşmanızın şərtlərinə əsasən
uyğun əlavə şərtlər daxil edilməklə
yenilənə bilər. Yeni istifadəçilər
üçün qiymət endirimi və ya tanıtımla əlaqəli
təkliflər nəzərdə tutulduğu zaman mövcud
müştərilə hər hansı bir qiymət qoruma və
ya geri ödəmə hallarının baş verməyəcəyini
nəzərinizdə saxlamağınız xahiş olunur.
Ödənişlərin yerinə yetirilməməsi bizim xidmətlərdən
istifadənizin dayandırılmasına səbəb olacaq.
5.1.4.
Abunəliyin yenilənməsi. Hesabları aktivləşdirməklə
siz müddət bitdikdən sonrakı növbəti gün
sizin abunəçiliyinizi eyni şərtlərlə avtomatik şəkildə yeniləcəyimizlə
razılaşmış olursunuz. Ailə hesablarında siz yenilənmə
dövründən öncə aşağıda göstərilmiş
abunəlikdən imtina bölümündə təsvir edildyi
kimi hesabınızdan imtina etmədikcə bizə abunəlik
şərtləri çərçivəsində ödəniş
tələb etmək səlahiyyətləri vermiş olursunuz.
Ailə hesabları üçün biz sizin ödəniş
kartınızdan (sizin ödəmə metodunuzdan asılı
olaraq) hər il, ay və ya digər uyğun müddət əsasında
razılaşma dövründəki şərtlər çərçivəsində
tutulmalar edəcəyik.
5.1.5.
Abunəlikdən imtina. Abunəliyinizi Apple onlayn marketi
olan ITunes store vasitəsiylə aldığınız hallar
istisna olmaqla, abunəlikdən imtina etmək və gələcək
pul tutulmalarının qarşısını almaq
üçün siz abunəliyin yenilənmə günündən
öncə valideyn
bölümündə yerləşdirilmiş mənim
hesabım hissəsindən və ya istifadəçilərə
dəstək əməkdaşlarımızla əlaqə
saxlamaq yolu ilə imtina edə bilərsiniz. İstifadəçilərə
dəstək komandamızla əlaqə
yaratdığınız təqdirdə bizim müştəri
tələbini 24 – 28 saat ərzindən yerinə yetimək
üçün çalışdığımızı
diqqətdə saxlamağınız xahiş olunur. Lakin biz
sizin tələbinizin bu vaxt ərzində yerinə
yetirilmiş olacağına zəmanət vermirik. Tətbiqlərimizi
Apple onlayn marketi olan İTunes Store yüklədiyiniz təqdirdə
onlayn marketdə göstərilmiş təlimata əməl edərək
abunəlikdən imtina edə bilərsiniz. Bütün hesablar
ödənişi edilmiş dövr üçün hesabdan
istifadə haqqını qorumuş olur. Sınaq dövrü
üçün təyin edilmiş ödəniş mərhələsində
olarkən hesabınızdan imtina etdiyiniz zaman əlaqənin dərhal
kəsiləcəyini nəzərə almağınız xahiş
olunur. Hesabınızdan imtina etmənizdən sonra, sizdən hər
hansı bir abunəlik ödənişi ilə bağlı
tutulma etməyəcəyik. Bizim ödənilmiş məbləğin
tam və ya qismən şəkildə geri ödənilməsini
təmin etmədiyimizi nəzərdə
saxlamağınızı xahiş edirik. Hər bir halda siz,
ödənişini etdiyiniz abunəçilik dövrü
üçün xidmətlərdən istifadənizi davam etdirə
biləcəksiniz.
6.
Sizin xidmətdən istifadə haqqınız.
6.1. Sizin xidmətdən istifadə etmək
haqqınız fərdi şəkildə sizə aiddir və
sizin uşaqlardan başqa hər hansı bir digər şəxsə
ötürülməsi yolverilməzdir. Sizin uşaqlar dedikdə
valideyn, qəyyum və digər qismdə himayəniz altında
olanlar nəzərdə tutulur. Sizin xidmətdən istifadə
haqqınız bizə digər insanlara da eyni xidmətləri
göstərməyimizə hər hansı bir əngəl
deyil.
6.2. Xidmətlərin bir
parçası olaraq, biz xidmətlərə qoşulmanı və
istifadəni xidmət şərtlərinə uyğun şəkildə
yerinə yetirməyiniz üçün sizlərə öz tətbiqlərimizi
yükləmək və öz şəxsi telefonunuzda istifadə
etmə imkanı veririk. Bu haqq yalnız bu məqsədlə
sizə verilmişdir, həmçinin fərdi şəkildə
sizə aiddir və siz bu haqqı hər hansı bir digər
şəxsə verməməlisiniz.
6.3. Xidmət şərtləri
icazə vermədikcə və ya xidmətlərin
funksionallığı yol vermədikcə, siz
aşağıdakı şərtlərlə
razılaşırsınız:
6.3.1.
Tətbiqlərimizin və ya xidmətlərin hər
hansı bir hissəsini surətini çıxartmaq, surətini
çıxartmağa cəhd etməmək (məzmun daxil
olmaqla);
6.3.2.
Tətbiqlərimizin və ya xidmətlərin hər
hansı bir hissəsini heç kimə verməmək, satmamaq
və ya ötürməmək;
6.3.3.
Tətbiqlərimizin və ya xidmətlərin hər
hansı bir hissəsini heç bir şəkildə dəyişməmək
və ya dəyişməyə cəhd etməmək;
6.3.4.
Ümumi istifadə üçün ictimai şəkildə
yayımlamadığımız halda tətbiqlərimizin və
ya xidmətlərin hər hansı bir hissəsinin
kodlarını axtarmaq;
6.3.5.
Tətbiqlərimizin və ya xidmətlərin hər
hansı bir hissəsinin məxfi məlumatları, müəllif
hüquqları və əqli mülkiyyətə dair
hüquqlarının bizə və ya bizə bu lisenziyanı
vermiş tərəfə aid olması ilə
razışlaşırsınız;
6.3.6.
Tətbiqlərimizin və ya xidmətlərin hər
hansı bir hissəsi üzərində bu şərtlər
daxilində istifadə və
daxil olma istisna edilməklə hər hansı bir hüququnuzun
olmaması.
7.
Apple Store proqram təminatı
7.1. Bu abzasda tətbiqlərin “Apple App
Store” – dan əldə edilməsindən bəhs edir. Xidmət
şərtlərininin yalnızca siz və Azkinder MMC
arasında tətbiq edildiyini və Apple şirkətinin tətbiqlərə
görə hər hansı bir məsuliyyətinin
olmadığını qəbul edir və
razılaşırsınız. Sizin tətbiqlərdən
istifadəniz xidmətlərin App Store şərtləri ilə
uyğunluq təşkil etməlidir.
7.2. Siz Apple şirkətinin tətbiqlərlə
əlaqədar texniki dəstəklə təmin etmə kimi hər
hansı bir öhdəçiliyinin olmadığını qəbul
edirsiniz. Tətbiqlərə dair zəmanətin verilməsi məsələlərində
hər hansı bir yanlışlıq yaşanarsa bu barədə
Apple şirkətini məlumatlandıra bilərsiniz və bu
zaman Apple tətbiqə görə ödədiyiniz
alış qiymətini sizə geri ödəyəcək; qanunun
icazə verildiyi bütün səviyylərədə Apple
şirkətinin tətbiqlərlə əlaqəli hər
hansı bir zəmanət verilməsi ilə bağlı məsuliyyəti
yoxdur və hər hansı bir uğursuzluğun
yaşanması hallarında zəmanətlə bağlı
iddialar, itkilər, tələblər, öhdəlikər, zərər,
maliyyət və xərclərlə bağlı məsələlər
yalnızca bu xidmət şərtləri və Azkinder MMC -nin
təchizatçı kimi çıxış etdiyi
bütün qanunlar vasitəsiylə tənzimlənəcək.
7.3. Siz Apple şirkətinin sizin və ya hər hansı bir
üçüncü tərəfin tətbiqlərə və
ya sizə aid əmlaka və ya tətbiqin istifadəsinə
dair bütün iddialara görə məsuliyyət
daşımadığını təsdiq edirsiniz. Bura aiddir:
(i) məhsula dair öhdəliklərlə bağlı
iddialar; (ii) tətbiqlərin hər hansı bir qanun və ya
nizamnamə tərəfindən təsdiqinin olmaması
bağlı bütün iddialar; və (iii)
istehlakçıların hüquqlarının qorunması ilə
bağlı qanunvericiliyə dair iddialar; və yalnız xidmət şərtlərinə
əsasən tənzimlənən və Azkinder MMC -nin proqram təminatının
təchizatçısı kimi çıxış etdiyi
bütün qanunlara əsaslanan məsələlərlə
bağlı iddialar.
7.4. Siz
üçüncü tərəfin tətbiqlərə və
ya sizə aid məzmuna və ya tətbiqin istifadəsinin bu
üçüncü tərəfin intellektual
hüquqlarının pozulmasına görə Apple şirkətinə
deyil, Azkinder MMC – yə qarşı qaldırılmış
iddialarına görə araşdırma aparılması,
müdafiə olunması, yoluna qoyulması və aradan qaldırılması məsələlərində
xidmət şərtləri çərçivəsində
yalnızca sizin məsuliyyət sahibi olduğunuzu təsdiq
edirsiniz.
7.5. Siz və ”Azkinder”MMC, Apple
şirkəti və bu şirkətin alt
quruluşlarının lisenziyaya əsaslanaraq xidmət şərtlərindən
üçüncü tərəf kimi fayda götürənlər
cərgəsinə aid olur və sizin xidmət şərtlərini
qəbul etmənizə əsaslanaraq, Apple şirkətinin
sizin lisenziyanız əsasında xidmət şərtlərinin
üçüncü tərəfi olaraq fayda götürən
qismində xidmət şərtlərini tətbiq etmək
hüququna sahib olmasını təsdiq edirsiniz.
8.
Digər tətbiq bazarları və platformalar
8.1. Bu abzasda tətbiqlərimizin
Apple app store və Google Play Store də daxil olmaqla hər hansı
bir digər app store -dən və ya platformadan əldə edilməsi
hallarından bəhs olunur.
8.1.1.
Siz xidmət şərtlərinin siz və təchizatçı
şirkət və ya Yayım Platforması (sonradan “ Store
Provider” adlandırlacaq) arasında deyil , “Azkinder” MMC ilə
sizin aranızda tətbiq edildiyini təsdiq edirsiniz;
8.1.2.
Sizin tətbiqdən istifadəniz digər tətbiq
platforması xidmət şərtlərinə uyğun şəkildə
həyata keçirilməlidir;
8.1.3.
“Store Provider” yalnızca sizin tətbiqi əldə
etdiyiniz yayım platformasının təçhizatçısıdır;
8.1.4.
Öz tətbiqlərinə görə məsuliyyətin
sahibi “Store Provider” olmayıb, Azkinder MMC - dir.
8.1.5.
“Store Provider” -in tətbiqlə və xidmət şərtləri
ilə bağlı hər hansı bir məluliyyəti və
ya öhdəçiliyi yoxdur; və
8.1.6.
Siz xidmət şərtlərini “Azkinder” MMC -yə aid
olmasını və dir. “Store Provider” – in
üçüncü tərəf olaraq fayda götürən
olduğunu təsdiq edir və razılaşırsınız.
9.
Sizin məlumatlar
9.1. Siz xidmətlərdən
istifadə etdiyiniz müddətdə yüklədiyiniz və
ya yaratdığınız (istifadəçi məzmunlu)
şəkillər, mətnlər və ya məlumatlar qəbul
olunan istifadə qaydalarına uyğun şəkildə
olmalıdır.
9.2. Biz sizin istifadəçi
məzmunlu məlumatlarınıza hər hansı bir sahiblik
iddiası sürməyəcəyik və bu məlumatlar sizə
və istifadəçi məzmununuza daxil etmiş olduğunuz
üçüncü şəxslərə aid olaraq qalacaq. Əvəzində
isə siz bizi xidmətlərin təmin edilməsi məqsədilə
istənilən yerdə və istənilən şəkildə
istifadə, kopyalama, təkrar emal etmək,
bölüşdürmək, düzəliş etmək, dərc
etdirmək, tərcümə etmək, lisenziya və
sublisenziya vermək hüququnu vermiş olursunuz.
9.3. Siz bizə sizin istifadəçi
məzmununuza daxil olan 3 -cü şəxslərə dair də
lisenziyanın təqdim edilməsi ilə bağlı zəmanət
verməlisiniz
9.4. Bizim sizin istifadəçi
məzmununuzu istifadə etmək hüququmuz heç bir şəkildə
sizin məlumatlarınızın məxfiliyinə hər
hansı bir şəkildə təsir etməyəcək.
Bizim şəxsi məlumatları hansı şəkildə
istifadə etdiyimizi göstərən Məxfilik siyasətini
oxumağınız xahiş olunur.
9.5. Bizim qəbul edilən istifadə
qaydalarına zidd olduğunu düşündüyümüz
hər bir istifadəçi məzmununu nəzərdən
keçirmək, geri çevirmək və ya silmək
hüququmuz var.
10.
İcazə verilən istifadə qaydaları
10.1.
Bu istifadə şərtləri daxilində olan digər
tələblərə əlavə olaraq, bu abzas sizin xidmətlərdən
istifadənizdə tətbiq edilən xüsusi qaydaları təsvir
edir.
10.2.
Xidmətlərdən istifadə edərkən aşağıda
qeyd edilən fəaliyyətlərə yol verməməlisiniz:
10.2.1. Xidmətlərin təhlükəsizliklə
bağlı xüsusiyyətlərini gözardı etmək,
yararsız hala salmaq və ya digər şəkildə
müdaxilə etmək;
10.2.2. Sizin tərəfinizdən
xidmətlərdən istifadə etmək haqqı verilməmiş
şəxsə bu xidmətlərdən istifadə etmə
icazə vermək;
10.2.3. Servisdən istifadəsinə
icazə verdiyiniz uşaq haqqında hər hansı bir
yanlış və yanıldıcı informasiyanın
ötürülməsi, hər hansı digər şəxsi
təqlid etmək, və ya özünüz və əlaqədə
oldunuz uşaq haqqında məlumatı
təhrif etmək;
10.2.4. İstifadəsinə
qadağa qoyduğumuz xidmətlərdən istifadə etmək;
10.2.5. Hər hansı bir şəxsə
və ya fərdi mülkə zərər verə biləcək
qeyri -qanuni əməllərlə məşğul olmaq, tərəfini
saxlamaq, dəstəkləmək;
10.2.6. Xidməti dəyişdirmək,
müdaxilə etmək, mane olmaq və ya təhükəsizliyini
sındırmaq və ya sındırmağa cəhd etmək.
10.2.7. Xidməti və istifadəçinin
özünün xidmət vasitələrini virusla yoluxmuş
materiallarla qəsdən korlamaq
10.2.8. Xidmət şərtləri
çərçivəsindən kənara çıxmaqla məlumatların
əldə edilməsinə yol vermək;
10.2.9. Özündə
çılpaqlığı, zorakılığı ehtiva edən
və ya təhqir edici, hədələyici, ədəbsiz, yanlış,
yalan xarakterli məlumatları birləşdirən istifadəçi
məzmununu təqdim etmək və ya dəstəkləmək;
10.2.10. Sahibi və ya hər
hansı bir şəkildə istifadə hüququna malik
olmadığınız istifadəçi məzmunlarının,
müəlliflik hüququ, ticarət nişanı və ya digər
üçüncü tərəflərin hüquqların
pozulmasınıda iştirak etmək və ya dəstəkləmək;
10.2.11. Sahibkar tərəfindən
müəyyənləşdirilmiş istifadəçi məzmununun
hər hansı bir lisenziya şərtlərinin pozulması yolu
ilə istifadəsi;
10.2.12. Digər şəxs
haqqında informasiya və ya şərhlərindən onun icazəsi
olmadan istifadə etmək və ya yaymaq;
10.2.13. Digər fərdin şəxsi
məlumatlarının məxfiliyini təhlükə
altına almaq, sui -istifadə etmək, soxulmaq və ya hər
hansı bir digər şəxsə narahatlıq yaratmaq,
özündən çıxarmaq və ya lüzumsuz
narahatlığa gətirib çıxarmaq və ya bezdirmək,
əhval-ruhiyyəsini pozmaq, utandırmaq; və ya
10.2.14. “robotlar”,”hörümçəklər”(spiders)
və ya “ofline oxuyucular” kimi avtomatlaşdırılmış
sistemlər vasitəsiylə eyni zaman aralığında insanın
göndərə biləcəyindən çox miqdarda təklif
mesajlarının göndərilməsi
10.3.
İcazə istifadə qaydalanına əməl
olunmaması bu xidmət şərtlərinin ciddə şəkildə
pozulması anlamına gəlir və bu kimi halların baş
verməsi aşağıdakı tədbirlərin
görülməsinə səbəb ola bilər:
10.3.1. Dərhal, müvəqqəti
və ya daimi şəkildə sizin xidmətlərdən
istifadə hüququnuzun ləğvi;
10.3.2. Dərhal, müvəqqəti
və ya daimi şəkildə hər hansı bir istifadəçi
məzmununun silinməsi;
10.3.3. Sizə xəbərdarlıq
məktubunun yönləndirilməsi;
10.3.4. Təzminatın tələb
edilməsi də daxil olmaqla sizə qarşı qanununi tədbirlərin
görülməsi;
10.3.5. Lazım bilindiyi halda bu
məlumatların dövlətin güc strukturlarına
ötürülməsi;
10.3.6. Bu abzasda göstərilmiş
cavab tədbirləri bununla kifayətlənmir və biz
lazım olduğu təqdirdə daha ciddi tədbirlərin
görülməsi imkanına sahibik;
11.
Bildiriş and məzmunun silinməsi siyasəti
11.1.
Hər bir fərd xidmət çərçivəsində
mövcud olan hər hansı bir məzmunun onların
hüquqlarını pozduğunu və ya yolverilən istifadə
qaydalarına zidd olduğunu düşündüyü zaman
bizimlə bildiriş göndərilməsi vasitəsiylə əlaqə
yarada bilərlər. Bu bildiriş elektron şəkildə [email protected] ünvanına göndərilməldir.
Qayda pozuntusu haqqında bildirişdə
aşağıdakıları qeyd etməyiniz xahiş olunur:
11.1.1. Adınız və əlaqə
məlumatları;
11.1.2. Xidmət çərçivəsi
daxilində istifadə edilən fərdi məzmunun hansı səbəbdən
dolayı sizin hüquqlarınızın pozulmasına gətirib
çıxardığını və ya yolverilən istifadə
qaydalarına uyğun olmadığını detallı şəkildə
izah edən ərizə; və
11.1.3. Problemli məzmuna dair
nümunə.
11.2.
Pozuntu ilə bağlı bildirişin məzmunundan
asılı olaraq biz uyğun olduğunu
düşündüyümüz tədbiri görəcəyik
və sizə müəyyən vaxt ərzində bununla
bağlı cavab verəcəyik.
12.
Əlaqələrimizin bitməsi
12.1.
Xidmət şərtləri ilə və ya bu şərtlərə
edilmiş hər hansı bir dəyişikliklər və ya
xidmətin özü ilə
razılaşa bilməyəcəyinizi hiss etdiyiniz istənilən
vaxtda siz bu xidmətlərdən istifadəni dərhal
dayandırmalısınız.
12.2.
Hesabınızı bağlamaq və xidmətdən
istifadəni dayandırmaq iztədiyiniz zaman bizi bu barədə
məlumatlandırmalısınız. Cari hesablaşma
dövrünün sona yetməsinə ən azı bir gün
qalmış bizə bu barədə bildirməyiniz şərtilə
hesabınızı bağlamaq və xidmətlərdən
istifadənizi dayandırmaq istəyinizi bizə bildirdiyiniz
hesablaşma dövrünün sonunda sizin xidmətdən
istifadənizə son veriləcək və hesabınız
bağlanacaq. Siz bunu tətbiqlərimizdə mövcud olan
xüsusi funksional vasitələrin və ya əgər Apple
App Store və ya digər yayım platforması vasitəsiylə
qeydiyyatdan keçdiyiniz zaman, öz qurğunuzun uyğun
parametrləri, Apple App Store
hesabınız və ya paylaşım platforması
hesabınızın köməyi ilə həyata keçirə
bilərsiniz.
12.3.
İcazə verilən istifadə qaydalarını, digər
vacib qaydalarımızı və ya bu xidmət şərtlərimiz də
daxil olmaqla qoşulma və istifadə ilə bağlı təyin
etdiyimiz şərtlərimiz pozduğunuz zaman sizin xitmətdən
istifadənizi dərhal sonlandıra bilərik.
12.4.
Bundan əlavə sizə pozulma halı ilə
bağlı cavab göndərənədək sizi xidmətlərdən
uzaqlaşdıra bilərik.
12.5.
Əgər siz və ya biz bu abzasda bəhs olunduğu
kimi sizin xidmətlərdən istifadənizi sonlandırır
və ya uzaqlaşdırırıqsa, biz sizin istifadəçi
məzmununuz və ya sizin haqqınızdakı digər
informasiyanı silə bilərik. Siz həmçinin bu xidmətlərdən,
bizim və ya sizin istifadəçi məzmununuza dair olan
bütün hüquqlarınızı itirmiş olacaqsınız.
12.6.
Xidmətlərdən istifadənizin
dayandırılması və ya təxirə salınması
sizi bizə etməli olduğunuz ödəniş öhdəliklərinizin
hər hansı birindən azad etməyəcək.
12.7.
14-cu maddəsində əks olunmuş şərtlərin
heç biri yerləşdiyiniz ölkənin qanunverciliyinə
əsasən hüqularınıza təsir etməyə bilər.
13.
Bizim sizə olan öhdəçiliyimiz/məsuliyyətimiz
13.1.
Məzmunun bir hissəsi
üçüncü tərəfin sahib olduğu və ya
inkişaf etdirildiyi tərkibə aid ola bilər. Biz bu
üçüncü tərəfə aid olan məzmunu sahiblənmədiyimiz
və yaratmadığımız üçün hər hansı
bir öhdəçilik daşımırıq.
13.2.
Əfsuslar olsun ki, internet və texnologiyanın təbiətinə
görə xidmətlər istifadəyə uyğun olduğu
zaman təmin edilə bilir. Bu o deməkdir ki, xidmətin istifadəsi
prosesinin ləngimə olmadan, xətasız şəkildə kəsilməyəcəyini
və ya sizin gözləntilərinizi
qarşılayacağına dair söz vermirik və bu xidmət
şərtləri çərçivəsində xidmətlərin
performansı və ya istifadəyə uyğunluğuna dair hər
hansı bir öhdəçilik daşımırıq və
bunu edə bilmə dərəcəmizdən asılı
olaraq, biz qanun tərəfindən tətbiq edilə biləcək
bütün öhdəlikləri istisna edə bilərik.
13.3.
Xidmət təminatından ortaya
çıxmış iddia hallarında bizim sizə olan
öhdəçiliyimiz heçbir zaman iddianın
qalxmasından 6 ay öncəyə qədər bizə ödəniş
etdiyiniz məbləğdən artıq ola bilməz və
sizin bizə heçbir ödəniş etmədiyiniz hallarda
isə sizin üzləşəcəyiniz hər hansı
problemlə bağlı öhdəçilik
daşımamış olacağıq.
13.4.
Hər bir halda, biz heçbir zaman öncədən
görülməsi mümkün olmayan hər hansı bir itki
və ya zərərə görə cavabdehlik
daşımırıq.
13.5.
Mübahisələrin həll edilməsi:
13.5.1. Əgər bizimlə
xidmətlərlə əlaqədar mübahisəniz varsa, ilk
olaraq qeyr- formal şəkildə bizimlə [email protected] ünvanında əlaqə
yaradaraq mübahisəni həll etməyə cəhd göstərməyiniz
xahiş olunur.
13.5.2. Mübahisənin qeyri
-formal şəkildə həllinin mümkün
olmayacağını yəqin etdiyimiz halda, biz məsələni
sizinlə müzakirə edərək mühahisəni ən
effektiv şəkildə həll etmək üçün
razılaşacağıq.
14.
Xidmətdə dəyişikliklər
14.1.
Biz davamlı şəkildə öz xidmətlərimizi
yeniləyərək və inkişaf etdirirək sizləri
yeni və innovativ xüsusiyyətlər və xidmətlərlə
təmin etməyin yollarını axtarırıq. Təkmilləşmələr
və yenilənmələr həm də texnologiyaların,
zövqlərin, davranışların və insanların internet
və xidmətlərdən istifadə tərzinin dəyişməsini
əks etdirmək üçün həyata keçirilir.
14.2.
Bunu etmək məqsədilə, biz xidmətlərin
müəyyən hissəsinin yenilənməsinə yenidən
qurulmasına, dəstəyinin dayandırılmasına ehtiyyac
duya bilərik. Həyata keçirilmiş bu dəyişikliklər
sizin xidmət çərçivəsində keçmiş
fəaliyyətlərinizə, istifadə etdiyini xüsusiyyətlərə,
bizim və sizin istifadəçi məzmunumuza təsir edə
bilər. Xidmətlərə edilən hər bir dəyişiklik
sizə aid xidmət elementlərinin silinməsinə və ya
yenidən qurulmasına səbəb ola bilər.
14.3.
Siz xidmətlərin əsas xüsusiyyətinin dəyişikliklərin
baş verməsinin müəyyən vaxtdan sonra baş verəcəyi
və bunun sizin xidmətlərdən istifadə etmə
imkanı ilə təmin etməyimizin əsası olduğu ilə
razılaşırsınız. Xidmətdə dəyişiklik
edildikdən sonra sizin bu xidmətlərdən istifadəni
davam etdirməniz həyata keçirilmiş bütün dəyişiklikləri
qəbul etdiyiniz anlamına gəlir.
Siz hər zaman xidmətlərdən istifadənizi
dayandırmada azadsınız.
15.
Sənədlərdə dəyişikliklər
15.1.
Zaman –biz xidmət şərtlərini yenidən gözdən
keçirə bilərik, lakin ən son nümunə daimi
şəkildə www.azkinder.com saytında və ya
proqram tətbiqinin uyğun hissəsində əks olunacaq.
15.2.
Dəyişikliklər adətən xidmətə əlavə
edilmiş yeni xüsusiyyətlərdən və qanunda baş
vermiş dəyişikliklərdən və ya bizim hansısa
mövzuda öz mövqeyimizi aydınlaşdırmağa olan
ehtiyyacdan dolayı baş verə bilir.
15.3.
Adətən, yeni şərtlərin tətbiqinə
başlanmadan öncə sizlərə müəyyən xəbarlıq
veririk. Lakin, dəyişikliklər dərhal yerinə yetirilməli
olan hallar ola bilər və bu zaman biz sizə hər hansı
bir bildiriş göndərməyəcəyik.
16.
Bizim sizinlə münasibətlərimizdə tətbiq
olunan sənədlər
16.1.
Xidmət şərtlərinin hazırki versiyası yalnız
sizinlə əlaqələrimizdə tətbiq olunan şərtləri
özündə ehtiva edir.
16.2.
Biz sizinlə xidmət təminatına dair
yazılı razılaşmamızın şərtlərinin
açıqlanmasında bu xidmət şərtlərinə
etibar etmək niyyətindəyik. Əgər xidmət şərtlərinin
bir hissəsinin tətbiq edilməsi mümkün
olmadığı halda yenə də bizim əlaqələrimizdə
xidmət şərtləri ilə bağlı xatırlatmaya
müraciət emək mümkün olacaq.
16.3.
Əgər siz bu xidmət şərtlərinə tabe
olmursunuzsa və biz dərhal tədbir görmürüksə,
bu, bizim hüquqlarımızdan imtina anlamına gəlmir və
biz yenə də gələrəcəkdə lazımi tədbirləri
görə bilərik.
17.
Ağırlıq dərəcəsi
17.1.
Əgər bu xidmət şərtlərinin hər
hansı bir şəkildə təmin edilməsi qeyri -qanuni və
məcburedilməz tələb olaraq dəyərləndirilsə
də, bu şərtlərin tam
məcburiyyət ilə davamlı şəkildə tətbiqinə
təsir etməyəcək.
18.
Qanun
18.1.
İngilis qanunları bu xidmət şərtləri ilə
bağlı bütün mübahisələrə və şərhlərə
tətbiq ediləcək. İngilis məhkəmələrinin
sizin xidmət istifadəsi ilə bağlı yaranmış
olan bütün mübahisələriniz üzərində qeyri
– müstəsna qanuni səlahiyyəti olacaqdır. Bu sizin
rezidenti olduğunuz ölkədəki qanunlara əsaslanaraq
hüquqlarınıza və eyni zamanda sizin xidmətlə
bağlı mübahisələrinizin həmin ölkənin məhkəmələrinə
qaldırılması haqqınıza təsir etmir.
19.
Əlaqə, şərh və şikayətlər
19.1.
Əgər xidmət şərtləri və ya şərtlər
daxilində qeyd edilmiş hər hansı bir sənədlə
bağlı olaraq bizimlə əlaqə saxlamaq istəsəniz
[email protected] elektron poçt
ünvanından istifadə etməyiniz xahiş olunur.
19.2.
Bizlər üçün istifadəçilərimizin
fikirləri dəyərlidir və
xidmətləri təkmilləşdirmənin
yollarının öyrəniləsində
hər zaman maraqlıyıq. Bizə feedback – lər verməklə
siz bu rəylərinizin hər
hansı bir məhdudiyyət olmadan və ödəniş
edilmədən istifadəsinə və digərlərinə
istifadə üçün ötürülməsinə dair
hüquqlarınızı bizə ötürmüş
olursunuz.
20.
Bizimlə əlaqə
20.1.
Suallarınız olarsa aşağıdakı
ünvanımıza müraciət edə bilərdiniz:
Fiziki
ünvan:
Registered
Agents Inc.
30
N Gould St Ste R
Sheridan,
WY 82801
Biznes
və Poçt ünvanı:
Nobel Prospekti 15, Azure Biznes Mərkəzi, otaq 119. Bakı, Azərbaycan.
Email: [email protected]