A-Z KİNDER
MƏKTƏBƏQƏDƏR
TƏHSİL XİDMƏTİ
MƏXFİLİK
SİYASƏTİ
Azkinder
sizləri uşaqlarınıza təhsil və əyləncə
xarakterli oyunlardan yararlanma imkanı verən və onların
inkişafını izləməyənizə şərait
yaradan xidmətlərlə təmin edir, hansı ki, bu xidmətlərin
istifadəsi “Azkinder” MMC tərəfindən
çalışdırılan mobil tətbiqlərimiz və
vebsaytımız www.azkinder.com vasitəsiylə
mümkün edilmişdir.
Biz
uşaqların hər bir fəaliyyətinin həm təhsil,
həm də əyləncə xarakteri daşıması və
onların konfidensiallığından əmin
olacağınız öyrənmə mühiti ilə təmin
edilməsi məqsədinə sadiqik.
Bu Məxfilik
Siyasəti Azkinder (kollektiv şəkildə, biz, bizim,
bizlər və ya şirkət) tərəfindən
sizlər və Azkinder.com vebsaytı, tətbiqlər və bu
siyasətlə (kollektiv şəkildə, xidmətlər)
bağlı olan onlayn xidmətlər vasitəsiylə sizin
hesabınızdan istifadə edən uşaqlar haqqında məlumatların
hansı şəkildə əldə edilməsi, istifadəsi
və təqdim olunması yollarını təsvir edir.
Xülasə
Aşağıda
bəzi xüsusi diqqət yetirilməli məqamlar qeyd
edilmişdir, lakin Məxfilik siyasətini və bizim İstifadəçi
Razılaşmamızı bütöv şəkildə
oxumağınız vacibdir:
-
Səhifələrdə heç bir şəkildə
uşaqlara yönləndirilmiş reklam çarxları əks
olunmayacaq.
-
Bu siyasətdə göstərilən şirkətin satış
zamanı tələb olunan məlumatlar istisna olmaqla, xidmət istifadəçilərindən
hər hansı birinin şəxsi məlumatları üçüncü
tərəfə satıla və ya ötürülə bilməz.
-
Bu siyasətdə şəxsi məlumatlar dedikdə
birbaşa şəkildə və ya digər informasiya ilə
birlikdə individual şəxsin müəyyənləşdirilməsi,
əlaqə yaradılması, yerləşmə məkanının
və ya fərdi məlumatlarının təyin edilməsi
üçün istifadə edilə biləcək informasiya
olaraq başa düşülür.
-
Azkinder qeydiyyat prosesində sizdən tələb olunan
yegənə informasiya xidmətlərdən istifadə edəcək
uşağın adı və ya istifadəçi adı
(nickname), doğum tarixi (ay,il) və cinsi haqqında məlumatlardır.
-
Bu barədə Məxfilik siyasətində aydın
şəkildə açıqlanmış yerləri və məqsədləri
qeyd edilməmiş olsa belə, biz bilərəkdən hər
hansı bir şəxsi məlumatı 13 yaşdan
aşağı uşaq istifadəçilərdən əldə
etmirik.
-
Ödəniş məlumatları yalnız qeydiyyat zamanı
tələb olunur.
-
Sizin şəxsi məlumatlarınızın təhlükəsizliyi
bizim üçün vacib olduğundan, şəxsi məlumatlar
yalnız xidmətlərin təmin ediməsi baxımından
vacib olan məqamlarda tələb olunur.
-
Yaşlı istifadəçilər (aşağıda
qeyd edildiyi kimi) lazım bildikləri məqamda bizimlə və
ya öz təhsil müəssisələri ilə əlaqə
yarada bilərlər.
Uşaq istifadəçilərin
hesabları vasitəsi ilə onlar haqqında əldə
edilmiş şəxsi məlumatın gözdən
keçirilməsi və ya bizim informasiya bazamızdan silinməsi
və ya şəxsi məlumatların toplanması prosesini
dayandırmağımız üçün bizimlə əlaqə
saxlamağınız xahiş olunur.
Məxfilik siyasətinin
təsviri
-
Biz hansı məlumatları toplayırıq və necə
istifadə edirik;
-
Məlumatı nə zaman paylaşırıq;
-
Siz nə zaman bu informasiyanı əldə edə və
yeniləyə bilərsiniz;
-
Digər xidmətlərə keçid;
-
İnformasiya emalının məkanı;
-
Təhlükəsizlik;
-
Bizim siyasətə dəyişikliklər;
-
Bizimlə əlaqə;
1) Biz hansı məlumatları
toplayırıq və necə istifadə edirik
Xidmətlərimizdən istifadə
üçün bizimlə əlaqə yaradılanda məlumatların
toplanması prosesini müxtəlif yollarla həyata keçirə
bilərik, lakin əsasən informasiyanı
aşağıdakı əməliyyatlar zamanı toplaya
bilirik :
-
Üzv olaraq qeydiyyat;
-
Mobil tətbiqin yüklənməsi;
-
Xidmətlərdən istifadə;
-
Müştəri xidmətləri komandamızla əlaqə;
-
Müəyyən proqram, təklif və tanıtımda
iştirak;
-
Tətbiqlərlə bağlı bildirişlərin qəbulu;
Bizim xidmətlərimizin müəyyən
qisminə şəxsi məlumatlarınızı bizə
ötürmədən keçid əldə edə bilərsiniz.
Üzv olmadığınız təqdirdə sadəcə saytın
ziyarətçisi hesab olunacaqsınız. Üzvlər aktiv
istifadəçi hesabı və xidmətlərə tam
çıxışı olan qeydiyyatdan keçmiş
valideynlər və qəyyumlardır.
Biz sizin məlumatları xidmət
daxili fəaliyyəti ilə əlaqədar
məqsədləriniz üçün istifadə edirik.
Əldə etdiyimiz məlumatları aşağıdakı fəaliyyətlərdə
tətbiq edə bilərik:
-
Sizə saytda yer alan informasiya, reklam, məzmun və
tanıtım əsaslı təkliflərin həyata
keçirilməsi, saxlanması, çatdırılması və
ötürülməsi;
-
Məzmunun effektivliyinə nəzarət edilməsi;
-
Məcmu istifadə göstəriciləri (sayta daxil
olan ziyarətçilər, baxılmış səhifələr,
tətbiqlərdən istifadə və yükləmərin
sayı kimi);
-
Xidmətlərin fəaliyyətinin və
görünüşün təkmilləşdirilməsi;
-
Marketinq və tanıtım səylərimizin təkmilləşdirilməsi;
-
Xidmətdən istifadə tarixçəsi ilə təminat
(sayta hazırki və gələcək ziyarətləriniz
zamanı məlumatların yenidən daxil edilməsi
ehtiyacının yaranmaması üçün sizin sistemin
tanınması kimi);
-
Sizin şəxsi seçim və təşəbbüslərinizə
əsaslanaraq xarici məhsul və xidmət təklifləri ilə
təminatın yerinə yetirilməsi;
-
Sizlərə özəl sayt seçimlərinin təklifi;
-
Yeni xüsusiyyət və funksionallıqların
yaradılması;
-
Müştəri xidmətləri məqsədi
üçün, hesablaşmalar da daxil olmaqla.
2) Məlumatı nə
zaman paylaşırıq
-
Biz şəxsi məlumatları marketinq və tanıtım
məqsədləri üçün şirkət daxili
üçüncü tərəflərlə bölüşmürük.
Bizim məqsədimiz Azkinderi bu tipli birbaşa reklam
formalarından uzaq tutmaqdır.
-
Biz məlumatları qanunun tərəfindən tələb
edildiyi hallarda paylaşa bilərik. Qanunun icazə verdiyi səviyyədə
biz güc strukturları və ya digər dövlət
qurumlarının (məktəblər və ya uşaq xidmətləri)
tələbi ilə və ya informasiyanın ötürülməsinin
cinayət hadisəsi ilə bağı araşdırmanın
qarşını alacağını, ictimai asayişin qorunması
ilə bağlı araşdırmalara yardım edəcəyini
düşündüyümüz və ya bizim vebsaytdan istifadə
edən uşaqların təhlükəsizliyinin təmin edilməsi,
vebsaytımızın etibarlılığının qorunması
kimi məsələlərdə öhdəliklərimizə
qarşı olsa da belə qabaqlayıcı tədbirlərin
görüləməsi üçün şəxsi məlumatları
ötürə bilərik.
-
Biz üçüncü tərəf olan şirkətlə
qatılma prosesi yaşandığı zaman bütün
hallarda hüquqları saxlamaq şərti ilə sizdən
topladığımız məlumatları şirkətin birləşməsi,
satılması və ya idarə hüququnun dəyişməsi
prosesinin bir parçası olaraq ötürə bilərik.
3) Siz nə zaman bu məlumatı
əldə edə və yeniləyə bilərsiniz
Sizin məlumatların təhlükəsizliyi və
konfidensiallığının qorunması bizim
üçün olduqca vacibdir. Mükəmməl təhlükəsizlik
prosesinin olmaması reallığı ilə barışmalı
olsaq da, biz məlumatların səlahiyyətsiz və
uyğunsuz şəkildə istifadəsinin qarşını
almaq üçün kifayət qədər texniki, administrativ
və maddi əsaslı təhlükəsizlik
ölçüləri götürmüşük. Biz zaman –
zaman yeni texnologiya və metodların tətbiqi
üçün təhlükəsizlik
prosedurlarımızı gözdən keçiririk. Bizim
böyük səylərimizə baxmayaraq, heçbir təhlükəsizlik
ölçüsünün mükəmməl və
keçilməz olmadığını diqqətinizdə
saxlamağınızı xahiş edirik.
4) Digər xidmətlərə
keçid
Xidmətlərin müəyyən hissəsində biz
xarici vebsaytlara və ya tətbiqlərə keçidləri
daxil edə bilərik. Lakin uşaqların bu xarici vebsaytlardan
istifadəsinin qarşısını almaq üçün
yetişkin istifadəçilərdən uyğun şifrəni
daxil etmələri tələb olunacaq. Bu vebsaytların və
tətbiqlərin özlərinin məxfilik siyasəti və
informasiya toplama təcrübələri var, hansı ki, əsaslı
şəkildə bizdən fərqli ola bilər. Bu səbəbdən
sizləri hər bir xarici vebsaytın və tətbiqin məxfilik
siyasəti və informasiya əldə etmə prosedurlarına
nəzər yetirməyi tövsiyə edirik, belə ki, bəhs
olunan tərəflərin təcrübələrinin bu siyasətə
bağlılığı olmayacaq.
5) İnformasiya
emalının məkanı
Xidmətlərin həyata keçirilməsi və nəzarət
prosesi Amerika Birləşmiş Ştatlarlarından həyata
keçiriləcək. Sizin məlumatlarınız xidmət
sahələrimizin mövcud olduğu və ya Amerika Birləşmiş
Ştatları da daxil olmaqla xidmət təminatçıları
olan hər bir ölkədə saxlanıla, istifadə oluna bilər
və bu zaman sizin ölkənin qanunvericiliyi ilə Amerika Birləşmiş
Ştatlarında mövcud olan qanunlar arasında fərqliliklər
yarana bilər. Bundan əlavə sizin məlumatlarınıza istifadə
edildiyi ölkələrdə, onların qanunvericiliklərinə
əsasən dövlət orqanları, məhkəmələr
və ya güc strukturları tərəfindən keçid tələb
oluna bilər.
6) Təhlükəsizlik
Sizin şəxsi məlumatlarınızın
qorunması bizim üçün önəmlidir və bunun
üçün fiziki, texniki və administrativ fəaliyyətlərə
dair götürülmüş təhlükəsizlik tədbirləri
xidmət ərzində toplanmış məlumatlarınızı
mühafizə edə biləcək şəkildə dizayn
edilmişdir. Biz sənaye standartlarına uyğun şəkildə
şəxsi məlumatları kriptoqrafik protokollar (Secure Seckets
Layer) formasında ötürürük. Digər təhlükəsizlik
tədbirlərinə şifrələnmə, qoruyucu divarlar
(Firewalls), fayllar və binalara fiziki təmasa nəzarət
vasitələri aiddir.
Fərdi hesabların sahibləri qeydiyyat prosesində
şifrə yaradırlar. Siz şifrənizi təyin edərək
hesabınıza və şəxsi məlumatlarınıza icazəsiz
keçidlərin qarşısını ala və
hesabınızdan çıxmaqla şifrənizi lazımi
şəkildə qoruya, kompüter və brauzerinizə
müdaxiləni limitləşdirə bilərsiniz. Qeydiyyat
zamanı hər bir hesaba loqinləri doğrulamağa, ödəniş
məlumatlarına keçid və uyğunsuzluqlara nəzarəti
həyata keçirməyə imkan verən üzv kimliyi təyin
edilir. Üzv kimliyi texniki dəstəyə ehtiyac duyulduğu
zaman istifadəçilərin doğrulanması
üçün də tətbiq olunur. Şəxsi Məlumatlara
keçid öz iş funksiyalarını yerinə yetirdiyi
zaman bu məlumatları tələb edən şirkət
çalışanlarına məhduddur (istifadəçi
adı/şifrə və 2 faktorlu kimlik doğrulaması vasitəsilə).
7) Bizim siyasətə dəyişikliklər
Biz davamlı olaraq xidmət səviyyəsini ən
yüksək həddə saxlamağa
çalışdığımız üçün Məxfilik
Siyasətimiz zaman – zaman dəyişəcək. Əgər
biz Məxfilik Siyasətində yeniliklər edəriksə sizi
bu barədə məlumatlandırmaq üçün Xidmətlər
üzrə Məxfilik siyasətinin düzəliş
edilmiş formasını və xidmət ərzində sizdən
almış olduğumuz informasiyanın istifadəsi və ötürülməsinin
material formada genişləndirə biləcək müəyyən
dəyişikliklər barəsində məlumatı
Məxfilik Siyasətinə paralel olaraq və ya Xidmətlərə
daxil olarkən xəbərdarlıq formasında nümayiş
olunması və ya birbaşa şəkildə sizinlə kommunikasiya
yolu ilə (məsələn; sizin hesabınıza
bağlı olan elektron poçt ünvanınız vasitəsilə)
sizə çatdıracağıq.
8) Bizimlə əlaqə
“Azkinder” MMC -nin ofisi və qeydiyyatı Amerika Birləşmiş
Ştatlarındadır.. “Azkinder” MMC Azkinder.com saytı,
müştərilər və digər hesab sahiblərinə
xidmət üçün nəzərdə tutulmuş A-Z kinder
tətbiqlərini çalışdıran şirkətdir.
“Azkinder” MMC A-Z kinder tətbiqləri, ötürülməsi və fəaliyyəti
ilə bağlı lisenziyaları özündə
saxlayır. Suallarınızla bağlı bizimlə
aşağıda qeyd edilmiş ünvan vasitəsi ilə əlaqə
yaratmağınız xahiş olunur:
Fiziki
ünvan:
Registered
Agents Inc.
30
N Gould St Ste R
Sheridan,
WY 82801
Biznes
və Poçt ünvanı:
Nobel Prospekti 15, Azure Biznes Mərkəzi, otaq 119. Bakı, Azərbaycan.
Email: [email protected]