Bizim təhsil sistemi beynəlxalq təhsil metodlarına əsaslanır və Azərbaycan məktəblərinin təhsil proqramına uyğunlaşdırılıb.
Pulsuz sınayınMən saytınızdan yeni qeydiyyatdan keçdim. Övladımla burada tapşırıqlar üzərində işləmək çox əyləncəli və maraqlıdır. Sayənizdə yeni biliklər əldə edib. İşlərinizdə daim uğurlar.
Sevindirici haldır ki, tapşırıqlar hazırlanarkən uşaqların yaş xüsusiyyətləri böyük ustalıqla nəzərə alınıb. Təhsil sahəsində belə bir addım üçün sizə təşəkkür edirik.
Övladımın üç yaşı var. Burdakı tapşırıqlar sayəsində artıq onun kiçik əl motor qabiliyyəti və yaddaşında nəzərə çarpacaq dərəcədə inkişaf hiss edirəm. Ulduzlar qazananda çox sevinir. Əməyinizə sağlıq.
Uşağın məktəbə asan uyğunlaşması üçün çox şey öyrətmək lazımdır. Məntiq, yaddaş və müstəqil düşünmə qabiliyyətinin inkişaf etdirilməsi yazı və oxu bacarıqları, riyaziyyat, musiqi, ətraf mühit haqqında məlumat - bunlar hamısı uşağın uğur qazanması üçün vacibdir. Siz gün ərzində Az-kinderlə cəmi 30 dəqiqə məşğul olmaqla, övladınızı onun inkişafı üçün bütün lazımi biliklərlə təmin edə bilərsiniz! Tətbiqdə qeydiyyatdan keçin və övladınızla birgə dərsdə iştirak edin!
Pulsuz sınayınNitqin inkişafı. Səsin qavranması.
1-dən 5-dək geriyə say. Say anlayışı (çox və az).
Həndəsi fiqurlar.
Kəmiyyət anlayışı. Məkan təfəkkürü.
Atributlar. Ətraf mühitlə tanışlıq. Heyvanlar və bitkilər aləmi. Zaman anlayışı. Fəza cisimləri. Hərəkət bildirən sözlər. Əşyaların hissiyyat xüsusiyyətləri.
Əsas rənglər (qırmızı, sarı, göy).
Rənglər.
Səslər və hərflərlə tanışlıq.
1-dən 10-dək və geriyə sayma. Sıra sayı. Əşyaların arasında kəmiyyət münasibəti və onların müqayisəsi. Bərabər və qeyri-bərabərlliklə tanışlıq.
Fiqurlar (kvadrat, üçbucaq, dairə, oval, romb, çoxbucaqlı, düzbucaqlı).
Təfəkkür, diqqət, yaddaş, “cütlər” anlayışı. Əşyaların parametrlərə görə öyrənilməsi (uzun- qısa, dar-geniş, qalın-nazik, yuxarı- aşağı).
Əsas və əlavə rənglər.
Hərflər və rəqəmlər.
Hərflərin və səslərin təkrarı. Sürətli oxuma vərdişləri (Hecaların və sözlərin oxunuşu).
Hərflərin yazılışı.
1-dən 50-dək və 50-dən 100-dək say. Tək və cüt ədədlər. Birrəqəmli və ikirəqəmli ədədlər. Riyazi simvollar. 20 ədədi dairəsində toplama və çıxma. 1-dən 10-dək ədədlərin tərkibinin öyrənilməsi. Ədədlərin yazılışı.
Düz həndəsi fiqurlar. Həcmli fiqurlar. Xətlər (düz, qırıq, əyri və dalğavari xətlər, şüa).
Yaddaş, diqqət, təfəkkür.
Ətraf mühit (canlı və cansız təbiət, təbiətin yaranması, heyvanlar və bitki aləmi). İnsan və Cəmiyyət, ekoloji mədəniyyət, etika, şəxsi gigiyena qaydaları. Ailə. Əşyaların təsnifatı. Vaxt anlayışı, ilin fəsilləri. Kosmos, Günəş sisteminin planetləri.
Rənglər. Rəng qarışığı.
Virtual köməkçi uşağın fikrinin yayınmasına imkan verməyəcək və darıxmağa qoymayacaq.
Pulsuz sınayınBiz gənc, perspektivli və təhsil xidməti göstərən şirkətik.
Məqsədimiz uşaqların məktəbdə uğur qazanmasına kömək edərək təməl yaratmaqdır.
Az-kinder həftəlik və aylıq abunə əsasında fəaliyyət göstərir. Uşaqları təhsil prosesindən ayıran və psixikasına təsir edcək reklam və digər çarxları özündən xaric edir.
Hər bir uşaq fərdi yanaşma tələb edir.
Az-Kinder.com tapşırıqları 3 yaşdan 8 yaşa qədər uşaqların psixologiyasının xüsusiyyətlərini nəzərə alır. Onların zehni qabiliyyətlərini və biliyini inkişaf etdirməyə kömək edir.
Uşaq yaş və bacarıqlarından asılı olaraq müstəqil yaxud valideyni ilə birlikdə məşğul ola bilər.
Uşaqların sevinclə öyrənə bilməsi, yeni nailiyyətlər əldə etməsi üçün öyrənməni asan və əyləncəli etməyə çalışırıq.
Bizimlə birgə əyləncəli öyrənə bilərsiniz!
Şeirlərin müəllifi
Təsisçi, Layihənin ideoloqu və rəhbəri
İdeya müəllifi
Texniki heyət üzrə rəhbər
Baş proqramçı
Texniki işlər üzrə dəstək
İllustrator
Metodist
Musiqi və səs rejissoru
Metodist
Metodist
Texniki dəstək
Mətni səsləndirən
Biz hər yaş qrupu üzrə uşaqların psixologiyasına əsaslanaraq 3-8 yaşlı uşaqlar üçün addım-addım adaptiv
təhsil proqramı hazırladıq.
Az-kinder bütün yaş qruplarının xüsusiyyətlərini nəzərə alaraq, uşaqların bilik və bacarıqlarını inkişaf
etdirməyə, onların potensialını aşkarlamağa kömək edir. Siz asanlıqla uşaqlarınız üçün dərs planını seçə
bilərsiniz.
Az-kinder ilə siz, valideynin şəxsi hesabında övladınızın inkişafını asanlıqla izləyə bilərsiniz. Statistika ümumi keçilmiş dərs sayını və hətta keçilmiş hər bir mövzu üzrə müvəffəqiyyəti ayrıca əks etdirir. Hər bir valideyn yüksək effektivlilik üçün cədvəl düzəldərək asanlıqla övladının güclü və zəif cəhətlərini qiymətləndirə bilər.
Az-Kinder.com sizi darıxmağa qoymayan oyunlar vasitəsilə əyləncəli öyrənmə təklif edir. Bizim təhsil sistemi beynəlxalq təhsil metodlarına əsaslanır və Azərbaycan məktəblərinin təhsil proqramına uyğunlaşdırılıb.
Övladınızın təhsilə sevgisi nəinki artacaq, o, həmçinin, virtual bələdçinin köməkliyi ilə həm əyləncəli vaxt keçirəcək, həm də növbəti mərhələlərə həvəslə yanaşacaq.
Dərslər təqribən 5-6 dəqiqə davam edir, hər oyunun sonundakı testlər uşağın dərsi necə qavradığını göstərir. Gündə cəmi 10 dəqiqə övladınıza bütün lazımi bilik və bacarıqlara yiyələnməyə, hətta vaxtı səmərəli keçirməyə imkanı verəcəkdir.