10%

3-8 yaşlı uşaqlar üçün əyləncəli və inkişafetdirici oyunlar

Gündə 30 dəqiqəlik məşğələ uşağın məktəbə uğurla hazırlaşmasına imkan verəcək

Pulsuz sınayın
Buradan yükləyə bilərsiniz

Missiyamız uşaqlara məktəbəqədər təhsilin əsas biliklərini beynəlxalq standartlara uyğun olaraq keyfiyyətli, rahat və sadə metodlarla öyrətməkdir.

Müxtəlif yaş qrupları üçün
təhsil proqramı

Ətraflı

İnkişafın qiymətləndirilməsi və dərs cədvəlinə nəzarət

Ətraflı

Oyunlar vasitəsilə
əyləncəli öyrənmə

Ətraflı

Sistemi 10 dəqiqədə
mənimsəmə

Ətraflı

Valideynlərə övladlarının bacarıqlarını ən sadə və rahat üsullarla inkişaf etdirməyə kömək edirik.

Bizim təhsil sistemi beynəlxalq təhsil metodlarına əsaslanır və Azərbaycan məktəblərinin təhsil proqramına uyğunlaşdırılıb.

Pulsuz sınayın

Uşaqlara valideynlər, valideynlərə isə biz qayğı göstərəcəyik!

Uşağın məktəbə asan uyğunlaşması üçün çox şey öyrətmək lazımdır. Məntiq, yaddaş və müstəqil düşünmə qabiliyyətinin inkişaf etdirilməsi yazı və oxu bacarıqları, riyaziyyat, musiqi, ətraf mühit haqqında məlumat - bunlar hamısı uşağın uğur qazanması üçün vacibdir. Siz gün ərzində Az-kinderlə cəmi 30 dəqiqə məşğul olmaqla, övladınızı onun inkişafı üçün bütün lazımi biliklərlə təmin edə bilərsiniz! Tətbiqdə qeydiyyatdan keçin və övladınızla birgə dərsdə iştirak edin!

Pulsuz sınayın

Bizim proqram aşağıdakı tematik kurslardan ibarətdir:

3-4 yaş
OXU

Nitqin inkişafı. Səsin qavranması.

RİYAZİYYAT

1-dən 5-dək geriyə say. Say anlayışı (çox və az).

HƏNDƏSƏ

Həndəsi fiqurlar.

MƏNTİQ

Kəmiyyət anlayışı. Məkan təfəkkürü.

HƏYAT BİLGİSİ

Atributlar. Ətraf mühitlə tanışlıq. Heyvanlar və bitkilər aləmi. Zaman anlayışı. Fəza cisimləri. Hərəkət bildirən sözlər. Əşyaların hissiyyat xüsusiyyətləri.

İNCƏSƏNƏT

Əsas rənglər (qırmızı, sarı, göy).

KİÇİK ƏL MOTORU BACARIQLARI

Rənglər.

4-5 yaş
OXU

Səslər və hərflərlə tanışlıq.

RİYAZİYYAT

1-dən 10-dək və geriyə sayma. Sıra sayı. Əşyaların arasında kəmiyyət münasibəti və onların müqayisəsi. Bərabər və qeyri-bərabərlliklə tanışlıq.

HƏNDƏSƏ

Fiqurlar (kvadrat, üçbucaq, dairə, oval, romb, çoxbucaqlı, düzbucaqlı).

MƏNTİQ

Təfəkkür, diqqət, yaddaş, “cütlər” anlayışı. Əşyaların parametrlərə görə öyrənilməsi (uzun- qısa, dar-geniş, qalın-nazik, yuxarı- aşağı).

İNCƏSƏNƏT

Əsas və əlavə rənglər.

KİÇİK ƏL MOTORİKA BACARIQLARI

Hərflər və rəqəmlər.

5-6 yaş
OXU

Hərflərin və səslərin təkrarı. Sürətli oxuma vərdişləri (Hecaların və sözlərin oxunuşu).

ƏLLƏRİN KİÇİK MOTORU BACARIQLARI

Hərflərin yazılışı.

RİYAZİYYAT

1-dən 50-dək və 50-dən 100-dək say. Tək və cüt ədədlər. Birrəqəmli və ikirəqəmli ədədlər. Riyazi simvollar. 20 ədədi dairəsində toplama və çıxma. 1-dən 10-dək ədədlərin tərkibinin öyrənilməsi. Ədədlərin yazılışı.

HƏNDƏSƏ

Düz həndəsi fiqurlar. Həcmli fiqurlar. Xətlər (düz, qırıq, əyri və dalğavari xətlər, şüa).

MƏNTİQ

Yaddaş, diqqət, təfəkkür.

HƏYAT BİLGİSİ

Ətraf mühit (canlı və cansız təbiət, təbiətin yaranması, heyvanlar və bitki aləmi). İnsan və Cəmiyyət, ekoloji mədəniyyət, etika, şəxsi gigiyena qaydaları. Ailə. Əşyaların təsnifatı. Vaxt anlayışı, ilin fəsilləri. Kosmos, Günəş sisteminin planetləri.

İNCƏSƏNƏT

Rənglər. Rəng qarışığı.

Biz oynayaraq öyrədirik!
Uşaq həmişə həvəslə oyuna cəlb olunur və biliklərin əldə edilməsi avtomatik olaraq baş verir.

Virtual köməkçi uşağın fikrinin yayınmasına imkan verməyəcək və darıxmağa qoymayacaq.

Pulsuz sınayın

Cəmi 10 dəqiqə ərzində təhsil sisteminə yiyələnmək.
Uşaq 4 yaşından etibarən müstəqil surətdə öyrənməyi bacaracaq!

Şəxsi hesabınızdan istifadə həm mobil tətbiq, həm də sayt vasitəsilə qeydiyyatdan keçməklə mümkündür.

Mobil tətbiqi artıq yükləmisinizsə və qeydiyyatdan keçməmisinizsə, aşağıdakı düyməni basaraq, sayt vasitəsilə qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyat məlumatlarını mobil tətbiqə daxil olmaq üçün də istifadə edə bilərsiniz.
Əgər mobil tətbiqi yükləməməsinizsə, aşağıdakı düymə vasitəsilə uyğun marketlərdən yükləyə bilərsiniz. Yüklədikdən sonra, öz şəxsi hesabınıza mobil tətbiqdən və ya saytdan qeydiyyatdan keçməklə daxil ola bilərsiniz.

Şirkət haqqında

Biz gənc, perspektivli və təhsil xidməti göstərən şirkətik.

Məqsədimiz uşaqların məktəbdə uğur qazanmasına kömək edərək təməl yaratmaqdır.

Az-kinder həftəlik və aylıq abunə əsasında fəaliyyət göstərir. Uşaqları təhsil prosesindən ayıran və psixikasına təsir edcək reklam və digər çarxları özündən xaric edir.

Hər bir uşaq fərdi yanaşma tələb edir.

Az-Kinder.com tapşırıqları 3 yaşdan 8 yaşa qədər uşaqların psixologiyasının xüsusiyyətlərini nəzərə alır. Onların zehni qabiliyyətlərini və biliyini inkişaf etdirməyə kömək edir.

Uşaq yaş və bacarıqlarından asılı olaraq müstəqil yaxud valideyni ilə birlikdə məşğul ola bilər.

Uşaqların sevinclə öyrənə bilməsi, yeni nailiyyətlər əldə etməsi üçün öyrənməni asan və əyləncəli etməyə çalışırıq.

Bizimlə birgə əyləncəli öyrənə bilərsiniz!

Komandamız